M.Ferstappen: Səbəblərim var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, komanda yoldaşı Peresə yol verməməsinin səbəbləri var.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istədi. Komandası isə meksikalı sürücüyə söz verdi ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib.

Maks Ferstappen: “Bunu etdim, çünki öz səbəblərim var. Bu barədə danışdıq. Axır ki, bu məsləni yoluna qoyduq. Artıq yaşanan hadisələri geridə qoyub, yolumuza davam edəcəyik. İndi isə Əbu Dabiyə gedirik. Leklerlə eyni xaldadırlar. Əsas odur ki, öndə bitirsin. Orada Peresə kömək edəcəm. Ancaq indi bu barədə danışmaq istəmirəm. Məsələ həll olundu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*