M.Ferstappen: Balans pisdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidin balansı pis olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü Macarıstandakı sıralanma turunda son cəhdində səhv edərək, poulu itirib və ikinciliklə barışıb.

Maks Ferstappen: “Əslində son cəhdimdə heç nə olmadı. bütün həftəsonu ərzində balans tapmaqda çətinlik çəkdim. Hər sessiyada enişlər və yoxuşlar oldu. Bugünkü sıralanma turunda da vəziyyət eyni idi. Çox çətin idi. İlk iki sessiyada özümə güvənirdim. Döngələrdə limitlərdə sürə bilridim. Son sessiyadakı ilk dövrəmin yaxşı olduğunu düşünürdüm. Ancaq ikinci dövrəmdə hər şey çətin keçdi. Bir az da limitlərdə sürməyə çalışdım. Bu dəfə maşın arxadanvə öndən sürüşdü. Buna baxmayaraq, hələ də ikinci yerdəyik, amma hər şey normal getsə, birinci olmalı idik. Hazırda o nöqtəyə çata bilməmişik.

Yarışda hər şey temperaturdan asılı olacaq. Havanın isti olması arxa təkərlrəin işini çətinləşdirir. Yenə də sabah hər şey daha sakit olacaq. Sadəcə bu gün limitlərdə sürməyi ümid edirdim.

Yeniliklər yaxşı işləyir, amma sazlanma cəhətdən hər şeyi bir araya gətirə bilmədik, çünki istədiyimiz yerdə deyilik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*