F-1.az xatırladır ki, Maks Ferstappen Avstraliya yarışında pit-stopdakı gecikməyə görə komandasını təhqir etmişdi. Yarış bitdikdən sonra isə Ferstappen komanda yoldaşı Sayns barədə xoşagəlməz sözlər işlətmişdi.
Maks Ferstappen: “Düzünü desəm, o mövzu ilə bağlı heç bir şey hiss etmirəm. Mən həmişə gələcəyə köklənirəm”.
Karlos Sayns da mövzu ilə bağlı fikirlərini bildirib: “Hər pilot öz komanda yoldaşını keçmək istəyir. Ona görə də mən və Ferstappen bir-birimizə qarşı üstünlük qurmaq istəyirik. İkimiz də ən yaxşı nəticəni almaq üçün yarışırıq”.