F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdə başlayıb və liderliyi ələ almaq üçün 15 dövrə Karlos Saynsı qovalayıb. O, yarışın 16-cı dövrəsində ispaniyalı sürücünün blokaj eləməsindən faydalanıb və liderliyi ələ alıb. Bundan sonra isə rahat formada ardıcıl 10-cu qələbəsini qazanaraq, Formula1 tarixində yeni bir rekorda imza atıb – Ardıcıl ən çox yarış qazanan sürücü rekordu.
Maks Ferstappen: “Belə bir şeyin mümkün olacağına əsla inanmazdım. Amma bu gün bunun üçün işləməli idik. Bu da işləri daha da əyləncəli etdi. Yarış ərzində təkərlərə yaxşı nəzarət etdik. Ancaq Ferrari çox sürətli idi. Birinci döngədə yaxın olmaq və hücum ötmək çox çətin idi. Buna gprə də onu səhvə məcbur etməli idim. Sonda səhv elədi və bunun hesabına birinci döngədən sonra sürətlənmədə onu keçdim. Daha sonra isə öz yarışımıza fokuslandıq.
Səbirli olmağa çalışdım. Bilirdim ki, önümdə uzun bir yarış olacaq. Ferrari-nin arxa təkərləri yeyilirdi və bu yaxşı görürdüm. Buna görə də hücum üçün doğru zamanı seçməli idim”.