M.Ferstappen Salonu ölümlə hədələyib?

ABŞ yarışının stüardlarından biri olan Mika Salo bildirib ki, Ferstappenə verdikləri cəzadan sonra ölüm təhdidləri alıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ABŞ yarışının son dövrəsinin 17-ci döngəsində Kimi Rəykköneni trası kəsərək keçmiş və nəticəsinə 5 saniyə əlavə olunmuşdu.

Mika Salo: “Əksəriyyəti Hollandiyadan olmaqla çoxlu ölüm təhdidi aldım. Vikipedyada haqqımda olan məlumatlarda dəyişikliklər edildiyini öyrəndim. Bunlar əyləncəli şeylərdir, amma ölüm təhdidlərinə tolerant yanaşmaq olmaz. Nəticədə qaydalara baxanda hər şeyi görürük. Əgər rəqibinizi trası kəsərək keçsəniz, cəza alarsınız. Heç kim bir komandaya və ya sürücüyə bilərəkdən cəza verməyə çalışmır. Bu qərar verilməsə, böyük haqsızlıq olardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*