M.Ferstappen: Sabaha qədər güclənməliyik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hələ görəcəkləri çox iş var.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Türkiyədəki cümə sərbəst yürüşlərində 5-ci olub. Gənc pilot cümə günü ərzində maşından heç də razı görünmüyüb.

Maks Ferstappen: “İkinci sessiyada fərqli şeylər sınadıq, ancaq ibirinci sərbəst yürüşlər istədiyimiz kimi keçməmişdi. Görək nələr edəcəyik. Burada işlər fərqlidir. Belə traslarda çox az məlumatımız var. Buna görə də bütün axşam işləyib bolidi təkmilləşdirməliyik.

Bu tras çox gözəldir. Normal şəraitdə burada sürmək həzz verir. Hazırda yarışı dörd gözlə gözləyirəm. Ümid edirəm ki, sabah inkişaf edərik. Görək axşam nələr edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*