M.Ferstappen: Sabah hər şey fərqli ola bilər

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sprint yarışında qalib gəldiyi üçün sevincli olsa da, fərqli təkərlərlə hər şey dəyişə bilər.

F-1.az xatırladır ki, niderlandlı sürücü sprint yarışının startında Leklerin gerisində qalsa da, yarışın sonlarında əzəli rəqibini keçərək, qələbəni bayram edib.

Maks Ferstappen: “Start çox pis oldu. Nə olduğunu anlamadım. Maşın çox sürüşdü. Daha sonra səbirli olmalı idik. Şarl sürətli görünsə də, təkərləri tez yeyildi. Fərqi bağlayıb ikinci döngədə hücum etdik. Bəlkə, sabah hər şey fərqli ola bilər, amma bu tərkiblər bizdə yaxşı işlədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*