M.Ferstappen riskə getməyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen risk almaq istəməyib.

F-1.az xatırladır ki, niderlandlı sürücü sabahkı yarışa onsuz da son sıradan başlayacağı üçün Soçidə sıralanma turuna çıxmayıb.

Maks Ferstappen: “Onsuz da sonuncu yerdən başlayacam. Buna görə də qənaət etmək daha məntiqli idi. Bu gün daha çox dövrə vurmağın məntiqi yox idi, çünki sbaah yarış quru havada olacaq.

Bolidin sazlanması barədə özümüzə güvənirik. Məncə, yaxşı vəziyyətdə olacağıq. Burada ötmə etmək çətindir. Orta qrup da bizə yaxın idi, amma bir neçə xal almağa çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*