F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa pouldan başlayıb və bütün yarış ərzində liderliyini qoruyaraq, yarışı qazanıb.
Maks Ferstappen: “Çox çətin yarış idi, çünki startda Medium təkərlərdə idik və Fernando Hard təkər seçmişdi. Bu təkərlərlə uzun müddət getmək istəməsək də, pitə girməməli idik.
Yağış gözlənilirdi və nə olacağını bilmirdik. Təkərlərdə yeyilmə var idi və bunu yola vermək üçün bir neçə dövrə lazım oldu. Sonra sürət artsa da, sürmək çox çətin idi. Yarış getdikcə yağış artmağa başladı. Buna görə də yağış təkərlərinə keçməyə qərar verdik, amma tras çox sürüşgən idi. Bu qədər öndə olduğunuz halda, limitlərdə sürmək istəməzsiniz, amma vaxt da itirmək istəmirsiniz. Yəni burada çox çətinlik çəkdik. Yenə də divarlara çırpıldım, amma bura Monakodur.
Bir yerdə bolidin arxa tərəfi kilidləndi və bir az drift edərək, vəziyyəti nəzarətimə götürdüm. Divar da bolidin sürüşməsini əngəllədi.
Qalib gəlmək gözəldir. Bundan başqa hava şəraitinə baxmayaraq, sakit qalaraq, evə qayıdırıq. Komanda üçün daha çox xal qazandıq və bu, əladır”.