F-1.az xatırladır ki, Maks Ferstappen keçən il Toro Rosso-da debüt edib və bu ilin İspaniya QP-dən etibarən Red Bull-a transfer olunub.
Jurnalistlər Ferstappendən “Rikkardonun sazlanmalarından istifadə edirsən?” sualına cavab istəyiblər: “Əlbəttə, təbii ki, o çox təcrübəlidir. Onların nə etdiyini görməyə çalışırıq, çünki hələ hansı istiqamətdə addımlayacağımı bilmirəm. Məsələn, mən bu bolidi əvvəllər heç Kanadada sürmədim. Keçən il əldə edilən məlumatlara güvənirsiniz, amma mən keçən il bu boliddə olmadığım üçün vəziyyət fərqlidir. Bolidə və sazlanmalara öyrəşməyə çalışıram. Təcrübəm olmadığı üçün belə olur.
Toro Rosso-da keçən ildən təcrübəm var idi və bilirdim ki, hansə yöndə addımlar atmaq lazımdır. Red Bull-da isə boliddə sazlanma etmək fərqlidir, çünki çox fərqli bir boliddir. Buna görə də proqnozlar edib, təlimatlara qulaq asıram. Adaptasiya olmaq üçün bir il lazımdır. Yeni bolidlə təcrübə qazanmalısınız”.