F-1.az xatırladır ki, hər iki sürücü mükəmməl start alsa da, Ferstapen ikinci döngədə gec əylənərək, komanda yoldaşı Rikkardoya çırpılıb və avstraliyalı sürücünün yarışının bitməsinə səbəb olub.
Maks Ferstappen: “Əlbəttə, belə şey olmasını istəməzsiniz. Məncə, hər şey ilk döngədə başladı. Start yaxşı olsa da, Bottas məni əngəllədi və çox vaxt itirdim. İkinci döngədə mübarizə aparırdıq və döngəyə çox gec girdik. Təkərlər bloklandı və Rikkardonun bolidinin zəif yerinə çırpıldım. Bunun qarşısını almaq istəsəm də, mümkün olmadı.
Niyyətim heç kimə çırpılmaq deyildi. Xüsusən də komanda yoldaşıma. Özü də Daniel kimi adama. Onunla yaxşı dostam və həmişə deyib-gülürəm. Bu xoş hal deyil və Danieldən üzr istəyirəm. Macarıstandan gözəl xallarla ayrıla bilərdik. Daniellə danışıb bunu həll edəcəyik”.