F-1.az xatırladır ki, iki pilot 2016-2018-ci illərdə komanda yoldaşı olmuş və bəzən aralarında çox sərt mübarizələr yaşanmışdı. Buna baxmayaraq, hər iki pilotun münasibəti trasdan kənarda pozulmamışdı.
Maks Ferstappen: “Daniel hazırda ön qrupda mübarizə aparsa, daha yaxşı olardı. Daniel həmişə gülümsəyir və xoşbəxt görünür, ancaq yarış qazansa, daha xoşbəxt olardı. Rikkardonu tanıyıram. Çox sürətli sürücüdür. Buna görə də keçən il onunçün asan olmadı.
Onu Həmiltonla müqayisə etmək çətindir. Ancaq o, Sebastyanı geridə qoya bilib. Mən də onunla komanda yoldaşı olmuşam və doğrudan da çox sürətlidir. Daniel yaxşı komanda yoldaşı idi, çünki bir-birimizi qovalayaraq, daha da sürətli olurduq. Bu da komanda üçün yaxşı idi. 0.1 saniyə tapmaq üçün əlimizdən gələni edirdik. Buna görə də bütün komanda var qüvvəsi ilə işləyirdi”.