F-1.az xatırladır ki, iki sürücü 4-cü yer uğrunda mübarizə apararkən, Rikkardo 20 yaşlı komanda yoldaşına arxadan çırpılmış və nəticədə yarış Red Bull komandası üçün bitmişdi.
Maks Ferstappen: “Əlbəttə, bu barədə danışdıq. Aramızda heç bir problem yoxdur. İkimiz də bu hadisənin komanda üçün yaxşı olmadığını bilirik. Daha əvvəl sərt mübarizələrəmiz olmuşdu, amma hər şey yaxşı idi. İndi isə bazada bütün işçilərdən üzr istəməliyik. Daha sonra Barselona barədə düşünməliyik. Orada yaxşı fürsətimiz olacaq. Boliddə çoxlu yeniliklər olacaq və hər şey qaydasındadır”.