F-1.az xatırladır ki, bu ildən Formula1-də yeni bir era başlayır. Artıq texniki reqlament tamamilə dəyişib və biz daha fərqli bolidlər izləyəcəyik.
Maks Ferstappen: “İndi vəziyyət daha yaxşıdır. Ən azından keçən ildən yaxşıdır. Əvvəl birini izləyəndə bolidin həm önü, həm arxası sürüşürdü. Belə olan halda bolidi idarə etmək çətin olurdu. İndi də rəqibi isləyəndə asfaltayatma qüvvəsi azalır, lakin bu, həm öndə, həm də arxada olur. Belə olan halda sürücülər daha hazırlıqlı olur və nə edəcəyini bilirlər.
Düzdür, bolidin balansından da asılıdır. Bütün bolidləri limitlərdə sürmək çətin olub. Buna görə də hamısı eynirdir. Bu bolidlər ağır olduqları üçün yavaş döngələrdə geridə qalırlar. Yavaş döngəli traslarda bu maşınları sürmək əyləncəli olmayacaq. Sürətli döngəli traslarda isə həzz alacağıq”.