F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə sıralanma turunun birinci sessiyasında qəza edərək, mübarizəni dayandırmışdı. Gənc sürücü problemin mühərrikdən yarandığını demişdi. Lakin Horner bu iddianı təkzib edib: “Qaz pedalı basılı qalmadı. Porebriklərin üzərndə idi və qaza basarkən porebriklərə görə ayağı titrədi və yerində fırlandı. Başqa səbəb axtarmaq lazım deyil”
Renault Sport-un rəhbəri Siril Abitebul da bu sözləri təsdiq edib: “Mühərrik qaz pedalının dediyini etdi. Bu da normaldır. Səbəb və nəticə göz qabağındadır”.