F-1.az xatırladır ki, Red Bull komandası bu il 3 yarış qazansa da, sürücülər 5 dəfə mühərrik probleminə görə yarışı bitirə bilməyiblər.
Maks Ferstappen: “Renault yeni detallar olanda bizə də verir, amma əsas diqqəti öz komandasına yönləndir və bu, bizim üçün yaxşı hal deyil. Gələn il Honda-ya keçirik. Necə işləyəcəyini bilmirik, amma burada işlər belə gedir. Bunu bilirik və qəbul edirik. Bolidimizi inkişaf etdirəcəyik. Şassi cəhətdən Ferrari və Mercedes-dən güclüyük və onlar inkişaf etməlidirlər.
Avstriyada öz fanatlarımın önündə və Red Bull-un ev trasında qələbə qazanmaq inanılmaz idi. Amma çempionatda üçüncü yerdə olduğumuz üçün şənlik etməyin yeri yox idi.
Formula1-ə yarışlar qazanmaq üçün gəlmişəm. 50-60 yarış qazanmaq üçün buradayam”.