M.Ferstappen Red Bull-un inkişafına inanır

Red Bull komandasının sürücüsü Maks Ferstappen inkişaf edəcəklərinə inanır. F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərində 1.43.793 zaman […]

Red Bull komandasının sürücüsü Maks Ferstappen inkişaf edəcəklərinə inanır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərində 1.43.793 zaman nəticəsi göstərib və lider Leklerden 0.9 saniyə geridə qalır.

Maks Ferstappen: “İnkişaf etməliyik. Amma maşında özümü pis hiss etmirəm. Balans yaxşı idi. Lakin daha yaxşı iş görə bilərik. Birinci sessiya əldən getsə də, vəziyyət hamı üçün eynidir. Bir az vaxt itirdik. Ancaq aradakı fərqi bağlaya bilərik. Harada vaxt itirdiyimizi bilmirəm. Bir azdan buna baxacağıq. Sürücülərin nəticələri bir-birinəçox yaxın idi. Burada təkərləri bloka salıb tras xaricinə çıxmaq asandır. Buna görə də əvvəlcə trasdakı şəraitə uyğunlaşmağa çalışdıq. Hazırda vəziyyət pis deyil. Onsuz da hər şey mükəmməl ola bilməz. Bəzən asandır, bəzən də çətin. Görəcək işlərimiz var.

Çoxlu dövrə vurduq. Tras bir az sürüşkəndir və balans tapmaq asan deyil. Görməli işlərimiz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*