F-1.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışı asanlıqla qazanaraq, builki 13-cü qələbəsini əldə edib. Bu qələbə Red Bull komandasına altıncı Mühəndislər Kubokunu gətirib.
Maks Ferstappen: “Əvvəl onu deyim ki, çox xoşbəxtəm. İnanılmaz həftəsonu keçirdik və burada qazanmaq əla idi. Məncə, bolidin bütün funksiyaları əla işləyirdi. Bizim üçün ən vacibi Mühəndislər Kubokunu qazanmaq idi. Buna görə həm trasda, həm də bazada işləyən hamı ilə qürur duyuram. Doğrudan da inanılmaz mövsüm keçiririk. Buna görə hamı ilə fəxr edirəm.
Yarışın startında bir az narahat idim. Startda maşın bir az sürüşdü, amma daha sonra mənim üçün bəsit bir yarış oldu”.