F-1.az xatırladır ki, “qırmızı öküzlər” bu mövsüm tez-tez etibarlılıqla bağlı problemlər yaşamış və həm Maks, həm də atası Yos buna görə başqa təklifləri dəyərləndirəcəklərini demişdilər. Lakin 20 yaşlı sürücü daha sonra Red Bull komandası ilə müqaviləsini 3 il uzatmışdı. Bəzi şayiələrə əsasən, hollandiyalı istedadın illik maaşı 25-35 milyon avro arasıdır.
Niki Lauda: “Biz Maksa təklif göndərməmişdik. Helmut Marko ilə yaxşı münasibətim var. Əksər hallarda bir yerdə uçuruq və söhbət edirik. Onunla Ferstappen barədə danışdıq və dedim ki, Maksla heç vaxt danışıqlar aparmamışıq. Çox ziyana düşdülər”.