F-1.az xatırladır ki, Toro Rosso bu mövsüm Ferrari-nin 2015-ci il mühərriklərindən istifadə edəcək. Bu da o deməkdir ki, italyanlar təkcə mühərrik hesabına 1 saniyə qazana bilərlər. Amma Red Bull komandası bu mövsüm TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək. Ona görə də avstriyalıların mövsümə uğursuz start verməsi gözlənilir.
Maks Ferstappen bu barədə fikirlərini bildirib: “İşlər yolunda getsə, Red Bull bizdən qabaqda olmalıdır. Onların bolidi ən yaxşılardandır. Keçən ilin sonunda bizdən daha sürətli idilər. Bu il də sürətli ola bilərlər.
Onlar fərqli paketlə və mühərriklə çıxış edəcəklər. Ona görə də nəsə demək çətindir”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Toro Rosso bu mövsüm Ferrari-nin 2015-ci il mühərriklərindən istifadə edəcək. Bu da o deməkdir ki, Ferrari-nin yeni mühərriklərini istifadə edən komandalar Toro Rosso-nu geridə qoya bilərlər: “Bu bir ehtimaldır. Onlar təkmilləşmiş mühərriklə yarışacaq. Biz isə inkişaf edə bilməyən mühərriklə mübarizə aparmalıyıq. Bu pis haldır, amma ilk yarışlardan maksimum nəticə əldə etməliyik”.