M.Ferstappen: “Red Bull-a transfer olmaq ən böyük uğurumdur”

Maks Ferstappen bildirib ki, Red Bull-a transfer olunmaq karyerasındakı ən təsiredici uğurdur.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Formula1 karyerasına 2015-ci ildə Toro Rosso komandasında başlayıb. Ferstappen idmandakı ikinci mövsümünə də Toro Rosso komandasında başlasa da, Barselona yarışından etibarən Red Bull komandasına transfer olunmuş və avstriyalılarn heyətində keçirdiyi yarışdan qələbə ilə ayrılmışdı. Gənc sürücünün o yarışla bağlı gözəl xatirələri var və komandanın mövsüm ərzində güclənməsinə görə çox xoşbəxtdir.

Maks Ferstappen: “Toro Rosso-dan Red Bull-a keçmək bu mövsümdə ən böyük çətinliyim oldu. Yaxşı iş görməlisiniz və nələr olacağını bilmirsiniz. Bolidin necə olduğunu və necə performans göstərəcəyinizi bilmirsiniz. Amma işlər yolunda getdi, ancaq mən də yaxşı hazırlaşmışdım”.

Ferstappen əlavə edib ki, Malayziya yarışına qədər RB12-də özünü rahat hiss etməyib: “Yeni başlayanda boliddə nəyi dəyişdirmək istədiyinizi demək çətindir. Çünki təcrübəniz daha az olur. Toro Rosso-dakı ikinci mövsümümdə artıq nəyin daha yaxşı işlədiyini bilirdim. Əyləclər, sükan və ya qaz – nəyin dəyişdiyini bilirdim. Fərq yaradan yeganə şey budur.

Malayziyada bolid istədiyim kimi idi. Tempimiz də yaxşı idi. Pit-stoplar və Təhlükəsizlik Avtomobili mənim üçün yaxşı olmadı, amma yarışda bu cür hallar olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*