F-1.az xatırladır ki, Maks Ferstappen keçən il Formula1-də debüt edib. Hollandiyalı sürücü ilk mövsümündə mükəmməl performans göstərib və hazırda onun adı 2017-ci il üçün böyük komandalarla hallanır.
Hazırda 18 yaşlı sürücünün adı Ferrari komandası ilə hallanır. Kimi Rəykkönenin müqaviləsi 2016-cı ilin sonunda başa çatır. Ona görə də söz-söhbətlər var ki, italyanlar Maks Ferstappen ilə müqavilə imzalaya bilərlər.
Amma Maks Ferstappen bildirib ki, o, Red Bull-dan başqa komandaya keçmək istəmir: “Red Bull-da çox xoşbəxtəm. Dəyişiklik etmək üçün bir səbəb görmürəm. Özü də bilirsiniz ki, komandaya sadiq qalmaq lazımdır. Gələcəkdə nələrin baş verəcəyini görəcəyik”.
Maks Ferstappen bildirib ki, onlar Ferrari mühərriyinə keçdikləri üçün çox xoşbəxtdirlər, amma əlavə edib ki, onlar köhnə Ferrari mühərriyi ilə yarışdıqları üçün inkişafla bağlı problem yaşayacaqlar: “Digər komandalar mövsüm ərzində mühərriklərini təkmilləşdirəcəklər və motorun gücünü artıracaqlar.
Bu il bizi çətin mübarizə gözləyir, çünki digər komandalara nisbətən daha çox bolid üzərində işləməliyik və inkişaf etdirməliyik.
Ona görə də bizi çox gözəl mübarizə gözləyir”.
Ferstappen 2017-ci il barədə də danışıb: ” Biz 2017-ci ili də düşünməliyik, çünki gələn il çox vacib olacaq. Ancaq mən düşünürəm ki, hər il çox önəmlidir.
Bundan başqa bu sizin harada olmağınızdan da aslıdır. Əgər ön tərəfdəki komandalardan çox gerisinizsə və arxadakı komandalar da sizə yaxındırsa, mövsüm ərzində inkişaf etməyin heç bir mənası qalmaz.
İndi isə biz gözləməliyik və harada olduğumuzu görməliyik. Ondan sonra plan quracayıq”.