M.Ferstappen: RB19 daha sürətlidir

Dünən baş tutan testlərin ilk günündə son iki ilin dünya çempionu maşının sürətindən razı qaldığını bildirib.

F-1.az xatırladır ki, Ferstappen dünən həm ən sürətli, həm də ən çox dövrə vurmuş sürücü olub.

Maks Ferstappen: “Yaxşı gün idi. Çox dövrə vurmağa ümid edirdik və nəticədə 3 yarış məsafəsi qət etdik. Demək olar ki, heç bir problemlə qarşılaşmadıq. Həm gündüz isti havada, həm də axşam süni işıqlar altında xeyli sürdüm. Maşın keçənilkindən sürətlidir, sadəcə təkərlər bir qədər fərqlidir.

Testlərin ilk gününə əsasən bu mövsüm barədə proqnoz vermək çətindir, lakin əsas odur ki, maşın yaxşı işləyir. İkinci gün nahardan sonra yenidən sükan arxasına keçəcəyəm, müxtəlif tərkibləri sınayaraq mövsümün ilk yarışına hazırlaşacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*