F-1.az bildirir ki, hollandiyalı sürücü Dünya Ralli Çempionatının ilk mərhələsini izləmək üçün Monte Karloya gedib. 22 yaşlı pilot burada Sebastyen Löb və Sebastyen Ojye kimi ralli əfsanələri ilə görüşüb.
Maks Ferstappen: “Sosial şəbəkələrədən həmişə WRC-ni izləyirəm. Bu seriyanın fanatıyam. Bir gün o maşınlardan birini sürmək istəyirəm”.
Qeyd edək ki, aktiv Formula1 sürücülərindən WRC maşınlarını test edən iki sürücü – Kimi Rəykkönen və Valtteri Bottas – var.