F-1.az xatırladır ki, hollandiyalı sürücü Leklerin start almaması ilə birlikdə yarışa birinci yerdən başlayıb və finişə hamıdan tez çatıb. Beləliklə, hollandiyalı sürücü karyerasında ilk dəfə turnir cədvəlində lider olub.
Maks Ferstappen: “Burada qazanmaq çox xüsusidir. Bu, həm də Monakodakı ilk podiumumdur. Gözəl yarış idi. Burada dövrələr çoxdur və buna görə də yaxşı fokuslanmaq lazımdır. Nə baş verəcəyini bilmək olmur. Təkərləri yaxşı qorumalı və pit üçün doğru zman seçməli idik. Rəqiblərimiz erkən pit-stop etdilər və bu, işimizi asanlaşdırdı. Bununla da yarışı nəzarətdə saxlaya bildim. Həmişə bu yarışı qazanmaq istəyərsiniz. Balaca olanda bu yarışa baxırdım. Buna görə də nəticəyə görə qürur duyuram. Lakin növbədə daha çox yarış var”.