F-1.az xatırladır ki, son Dünya Çempionu Monakodakı sıralanma turunda 4-cü yeri tutub. O, poul qazanan Leklerdən 0.29 saniyə geridə qalıb. Maks son cəhdində yaxşı dövrə ilə getsə də, qırmızı bayrağa görə dövrəsini tamamlaya bilməyib.
Maks Ferstappen: “Poul olmasa da, ikinci yer uğrunda mübarizə aparırdıq. Son cəhdimdə rəqiblərimdən fərqli strategiya seçmişdim, çünki təkərləri vahid dövtədə qızdıra bilmədim. İkinci cəhdimdə ilk sektorda daha sürətli idim və sonra da yaxşı gedirdim. Bir də gördüm ki, önümdə iki maşın qəza edib. Heyif oldu. Lakin bu, əsl Monako xaosudur. Yağışda şansım gətirə bilər. Görəcəyik.
Boliddə balans istədiyim kimi deyildi və buna görə də limitlərdə sürə bilmədim.