M.Ferstappen qəti narahat deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, testdəki problemlərə görə narahat deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü testlərin 4-cü günündə sızıntı probleminə görə cəmi 35 dövrə vurmuş və nahardan sonra yenə trasa qayıtsa da, 12-ci döngədə yerində fırlanaraq, çınqıllı sahəyə çıxmışdı.

Maks Ferstappen: “Sürmək istəmədik, çünki tras çox yaş idi. Mənası yox idi. Sonra tras qurumağa başladı və keçid təkərləri ilə trasa çıxdıq. Hər şey qaydasında idi. Daha sonra proqram üzrə işləməyə başladıq. Əvvəlcə sıralanma tempində işlədik və yarış tempində işləməyə başladıq. Lakin kiçik problem yarandı. Boliddə sızıntı oldu və bütün maşını yoxlamalı idik. Gözlədiyimizdən uzun çəkdi. Trasa geri qayıtdıqdan sonra isə 12-ci döngədə kiçik problem oldu. Çınqıllı sahədən çıxmaq istəyəndə ötürmələr qutusu xarab oldu. Belə hallar labüddür. Onsuz da hava şəraiti də əlverişli deyildi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*