F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıda cümə günü keçirilən hər iki sərbəst yürüşdə də birinci olub.
Maks Ferstappen: “İkinci sərbəst yürüşlərin son saniyələrində çox qəribə qəza etdim. Təkərlərim bloka düşdü, amma buna baxmayaraq, düşündüm ki, döngəni dönə bilərəm. Daha sonra təhlükəsizlik zonasına çıxmaq istədim. O əsnada bolidin arxasını itirdim və divara çırpıldım. Bu gün yeni detalları yoxladıq və onların yaxşı işlədiklərini gördük. Ümumilikdə gözəl bir günü geridə qoyduq. Uzun müddətdən sonra rəqabətədavamlı olduğumuz üçün sevincliyəm. Ümid edirəm ki, sıralanma turunda və yarışda bu tempimizi davam etdirərik. Burada əlimizdən gələnin ən yaxşısını edərək, qalib gəlmək istəyirik”.