M.Ferstappen qələbəyə köklənib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Meksikada hədəfi qalib gəlmək olacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü Yaponiya yarışından sonra titulu təmin edib. Lakin o bir mövsümdə ən çox yarış qazanmış pilot olmaq istəyir. Hazırda bu rekord 13 yarışla Sebastyan Fettel və Mixael Şumaxerdədir. Maks da bu il 13 yarış qazanaraq, bu rekorda ortaq olub. İndi ona sadəcə 1 qələbə lazımdır ki, bu rekordun tək sahibi olsun.

Maks Ferstappen: “Artıq hər iki cəbhədə titulu təmin etmişik. Amma burada da qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik.

Meksikaya qayıtmaq üçün səbirsizlənirəm. Oranın yeməklərini sevirəm. Xüsusən də takonu.

Komanda olaraq Meksikada həmişə güclü olmuşuq. Keçən il orada qalib gəlmək inanılmaz idi və bu il də eyni performansı göstərməyi ümid edirik.

Tribunuda Red Bull azarkeşlərini görmək gözəldir. Onlar Çekoya həmişə dəstək olurlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*