M.Ferstappen: Qələbəm çətin əmələ gəldi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, DRS problemi onun qələbəsini çətinləşdirib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Leklerdən 1.5 saniyə ikinci yerdə gedərkən, tras xaricinə çıxıb və 4-cü yerə geriləyib. Daha sonra isə DRS-i işləməyib və Rassellin gerisində ləngiyib. Lakin fərqli strategiya ilə Rassellə Peresi qabaqlayaraq, builki 4-cü qələbəsini qazanıb.

Maks Ferstappen: “Çətin yarış idi. Dördüncü döngədə birdən külək əsdi və idarəetməni itirərək, tras xaricinə çıxdım. Daha sonra DRS qatarına düşdüm və ötmə etməyə çalışdım. Amma DRS həmişə işləmirdi və işim çətinləşirdi. Strategiyanı dəyişdirdim və qələbə qazandım.

Çekoya görə də sevinirəm. Komanda üçün əla nəticədir. Bolid Soft təkərlərlə yaxşı tempdə gedirdi. Medium təkər də pis deyildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*