F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniyada cümə gününü Mercedes-dən 0.6, Ferrari-dən isə 0.3 saniyə geridə – 5-ci tamamlayıb. Qeyd edək ki, 19 yaşlı sürücü keçən il burada qalib gələrək, Formula1 tarixinin ən gənc yarış qazanan sürücüsü olmuşdu.
Maks Ferstappen: “Sərbəst yürüşlər bizim üçün yaxşı keçdi. Ferrari və Mercedes-ə yaxınıq, amma bu qələbə qazanmağımız üçün bəs etməyəcək. Rəqiblərimiz də buraya yaxşı yeniliklər gətiriblər və aradakı fərqin birdən-birə bağlanmasını gözləmirəm. Lakin hədəfimiz addım-addım rəqiblərimizə yaxınlaşmaqdır. Əvvəlki yarışlara nisbətən xoşbəxtik, amma hələ də görüləcək çox iş var. Ümid edirəm ki, sıralanma turunda bir az da güclənib podium uğrunda mübarizə apararıq”.