F-1.az xatırladır ki, niderlandlı sürücü ardıcıl iki mövsüm Dünya Çempionu titulunu qazanıb. O, 2021-ci ildə Lyuis Həmiltonu, 2022-ci ildə isə Şarl Lekleri məğlub edib.
Maks Ferstappen: “Hamının mübarizə və yarışmaq forması fərqlidir. Lakin idmanın yaxşı tərəfi də budur, çünki hamı eyni olsaydı, onda darıxardıq. Hamı eyni cür yarışsa, həyəcanlı olmaz. Buna görə də avtoidmanda, xüsusən də Formula1-də istedadlı sürücülərin qədrini bilmək lazımdır”.