M.Ferstappen: Qasliyə görə həyəcanlıyam

Maks Ferstappen sabiq komanda yoldaşı Qasliyə təriflər yağdırıb

 

F-1.az bildirir ki, Red Bull və AlphaTauri komandalarının sürücüləri Motegi-də Honda-nın tədbirinə qatılıblar. Bu, Qaslinin Red Bull ailəsindəki son tədbiri olub, çünki o gələn ildən Alpine komandasının şərəfini qoruyacaq.

Maks Ferstappen: “Pyerlə tanışlığımız lap keçmişdəndir. Go-kartda balacalıqdan yarışırdıq və sonra Red Bull-a transfer olduq. Formula1-də komanda yoldaşı olduq və onun istedadına bələdəm. Uğur qazanmaq üçün çox işlədi. AlphaTauri-də əsl lider oldu. Ona hörmət edirəm, amma eyni zamanda yeni macəraya atılmaq istəyini də anlayıram.

Biz iki komanda olsaq da, bir ailəyik. Onu bu ailənin bir parçası kimi görmək gözəl idi. Ona görə çox həyəcanlanıram.

Bəlkə gələcəkdə yenı eyni komandada olarıq. Hamımız gəncik, Çeko isə bir az yaşlıdır. Ona uğurlar arzu edirəm. Ümid edirəm ki, gələn il yaxşı başlanğıc edərsən”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*