M.Ferstappen: “Qanadın az zədələnməsi təəccübləndirdi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ləns Stroll ilə insidentdən sonra qanadının çox zədələnməməsinə təəccüblənib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü virtual təhlükəsizlik maşını zamanı dövrəvi Strolla arxadan çırpılıb və ön qanadı zədələnib. Lakin 20 yaşlı sürücü pitə gəlməyib və üçüncü yeri tutaraq, bu mövsüm ilk podiumunu qazanıb.

Maks Ferstappen: “Strolla çox yaxın idim və anidən əyləndiyini hiss etdim. Çox yaxın olduğum üçün təmas yaşadıq. Bəxtimiz gətirdi ki, zədə qanadın xarici tərəfində idi və yarışa davam edə bildim. Sadəcə sürətli döngələrdə bolidin ön tərəfi sürüşürdü. Bunu həll etdik və problem olmadı.

Əvvəl elə bildim ki, problem olacaq. Davam etdim, ancaq 3-cü və 9-cü döngələrdə bolidin ön tərəfi sürüşürdü. Əyləcə gec basırdım, amma problem yox idi. Bir az sazlanmalarla oynadım və hər şey qaydasına düşdü. Sürətim azalsa da, çox təsir etmədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*