M.Ferstappen: Qabarlar bolidimizə uyğun deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Kanada trasının qabarlı olması onlar üçün əlverişli deyil.

F-1.az xatırladır ki, Monrealda cümə günü qəribə keçib. Birinci sessiya texniki problemlərə görə sadəcə 5 dəqiqə davam edib. Buna görə ikinci sərbəst yürüşlərinin vaxtı 30 dəqiqə uzadılıb.

Ancaq ikinci sərbəst yürüşlrədə də iki dəfə qırmızı bayraq çıxdığı üçün pilotlar vaxt itiriblər. Buna baxmayaraq, çempionatın lideri Maks Ferstappen həm yarış, həm sıralanma tempinə fokuslanıb. Niderlandlı sürücü sürətlər aşağı düşəndə yaranan gecikmələrdən şikayət edib. Trasın qabarları da Red Bull-a mane olub və “qırmız öküzlər” qabarlarda və porebriklərdə rəqiblərindən geri qalıblar.

Maks Ferstappen: “İlk sessiya olmadığı üçün asan gün deyildi, amma bu hal hamı üçün eyni idi. Ən azından ikinci sərbəst yürüşlərdə bir az sürə bildik. Məncə, görəcəyimiz işlər var. Maşın qabarlarda və bordürlərdə heç də yaxşı deyil. Pis də deyil. Bir az sazlanmalarda işləməliyik.

Sessiyanın sonlarında yağış gördük. Böyük ehtimalla şənbə günü də yağış yağacaq. Bazar günü isə quru olacaq. Görək rəqiblərimiz bizə yaxındırlar? Məncə, yaxşı gün deyildi. Bəlkə də onlar yaxşı gün keçiriblər. Biz bolidin limitlərini bilirik. Qabarlar və porebriklərdəki problemləri bilirik. Bu tras bolidimiz üçün uyğun deyil, amma inkişaf etməyə çalışıacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*