F-1.az xatırladır ki, niderlandlı sürücünün Albert Parkda qələbəsi yoxdur.
Maks Ferstappen: “Uzun müddətdir ki, Avstraliyada yarışmırıq. İndi ora qayıtmağı səbirsizliklə gözləyirik. Orada ab-hava həmişə yaxşı olur. Ancaq bu il trasın quruluşu dəyişilib və onlar bizə maraqlıdır. Bu dəyişikliklər ciddi fərq yarada bilər. Xüsusən də, ən böyük dəyişikliyin olduğu 6-cı döngə fərqli olacaq. Ötmələrin sayı arta bilər. Görək maşın orada necə işləyəcək. Bu tras bəzən tozlu və çirkli olur. Ümid edirəm kk, problemsiz həftəsonu keçirərik”.