F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa səkkizinci yerdən başlasa da, startda 12-ci yerə geriləyib. Daha sonra isə Norrisi ötmək istəyərkən döngəni ala bilməyib və gerilərə düşüb. Sonda isə yalnız 7-ci yeri tuta bilib.
Maks Ferstappen: “Nə oldu bilmirəm. İlişmə muftasını buraxdım və dayanmanı qabaqlayan sistem işə düşdü. Bunun səbəbini tapmalıyıq, amma belə olanda çox yer itiririk.
Daha sonra rəqiblirimi keçməyə başladım. Bəzilərini keçsəm də, sonra DRS qatarına ilişdim. Hamının təkəri qızmışdı və buna görə izləmək çətin idi.
Bəzi rəqiblərimiz qəza etdiyi üçün şanslıyıq. Beşinci idim və Landonu keçməyə çalışdım. Yanına gələn kimi əyləndim, amma bolid yerə dəydi. Onsuz da bolid yerə dəyirdi və orada trayektoriyadan kənarda lap qarışıqlıq idi. Əyləcə basan kimi ön təkərlər havaya qalxdı və trasdan kənara uçdum.
Bolid titrədiyi üçün əlavə pit-stop etdim və yeni təkərlərə keçdim. Axırıncı yerdən gəlib yenə xal qazandım. Belə olmasını istəməzdim”.