F-1.az xəbər verir ki, son iki ilin dünya çempionu Maks Bakıda da uğur gözləyir, lakin ehtiyatli olmaq lazım olduğunu bilir.
Maks Ferstappen: “İşə qayıtmaq əladır! Uzun fasilə idi, buna görə də yarışa qayıtmağı səbirsizliklə gözləyirəm. Bakıda trasda hər şeyi düzgün etmək çətindir. Bu uzun düz yolları olan bir şəhər trasl olduğundan, qanad parametrləri üçün çoxlu seçimlərimiz var.
Bundan əlavə, mövsümün ilk sprint həftəsonunu gözləyirik, ona görə də mərhələ bir az xaotik ola bilər. Çalışmalıyıq ki, həftəsonuna yaxşı başlayaq və yaxşı məşq edək. Görək nə edə biləcəyik”.