M.Ferstappen: “Problemlər ciddi deyil”

Red Bull komandasının sürücüsü Maks Ferstappen problemlərə görə narahat deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı birinci sərbəst yürüşlərdə qəza etmiş, ikinci sərbəst yürüşlərdə isə sensor probleminə görə boksa tez qayıtmalı olmuşdu.

Maks Ferstappen: “Bir problem olduğunu zənn etdik, amma sensorlarda birində problem var idi. Buna görə də narahat olmağa dəyməz.

Birinci sərbəst yürüşlərdə hava çox küləkli idi. Bolidin arxa tərəfini itirdim və yerimdə fırlanaraq divara çırpıldım. Məyusam. Sessiyanın əvvəlində asfalt sürüşkən idi. Bolidi yığışdıra bilmədim və divara çırpıldım. Yaxşıkı zərər çox böyük olmadı. Mexaniklər yaxşı işlədilər. İkinci sessiyada proqramımızın böyük hissəsini tamamladıq. Sürətli görünürük və təkmilləşmək istəyirik. Rəqiblərimizin sıralanma turu rejimi var və buna görə sürətli olacaqlar”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*