F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 15-ci yerdən başlasa da, yaxşı performans göstərib və təhlükəsizlik maşınının da köməkliyi ilə yarışı ikinci yerdə bitirib. O, diyircəkli valda növbəti dəfə problem yaşasa da, bolidi ehtiyatla sürərək, finişə çatıb
Maks Ferstappen: “Finişə qədər bu problemi yaşadım. Arxamızda böyük fərq var idi. Buna görə yarışı bitirməyə fokuslandım və ikincliyə razı oldum. Yenə də 15-ci yerdən başlayıb, nəticəmi kompensə etdim. Trasda ötmə etmək asan deyildi. Yarışın əvvəlində ötmə etmək asan deyildi. Bolid sürüşürdü, amma daha sonra temp tutdum. Podium qazandığım üçün sevincliyəm”.