M.Ferstappen: Poul xoş sürpriz oldu

Testlərdən bəri sürətli olduğu bilinən Red Bull maşını niderlandlı sürücüyə mövsümün ilk yarışında poul qazanmaqda kömək edib.

F-1.az bildirir ki, Maks komanda yoldaşını cüzi fərqlə üstələyərək buna nail olub.

Maks Ferstappen: “Atam üçün əla ad günü hədiyyəsi oldu – ümid edirəm baxıb. Dünən həftəsonuna kifayət qədər çətin başladıq və bu gün də ritm tuta bilmədim. Xoşbəxtlikdən, təsnifatda bütün komponentləri bir araya gətirmək mümkün oldu. Təbii ki, poulu qazandığım və Serxionun yanımdan start alcağı üçün sevinirəm. Bu heyrətamizdir – yarışı səbirsizliklə gözləyirəm.

Bu mövsüm reqlamentlərdə edilən dəyişikliklər maşını bir az yavaşlatmalı idi, amma biz yenə də daha sürətliyik – bunu görmək çox xoşdur. Mövsümün gedişində hər kəs nəzərəçarpacaq dərəcədə yeniliklər edəcək. Bu, Formula1-in gözəl tərəfidir.
Məşqdə məni narahat edən bütün problemlərdən sonra poul xoş sürpriz oldu. Adətən yarışlarda maşınımızın daha yaxşı görünür, bu da müsbət haldır. Görək sabah nə baş verir”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*