Maks Ferstappen: “Bu trasda xüsusilə sıralanma turu rejimində, çəndə az yanacaq olarkən sürmək heyrətamizdir. Xüsusilə ilk sektorda maşın sanki canlanır. Poul və ən əsası, Suzukaya qayıtdığımız üçün çox şadam. Son cəhdimdə arxa əyləc kanalının bis hissəsi maşından qopdu, ona görə də, nəticəmi yaxşılaşdıra bilmədim. Amma istənilən halda, ilk dövrəm əla idi.
Lando ilə olan insidentə gəldikdə, həmin an maşını çox yavaş idarə edirdim və sürətlənməyə çalışırdım. Lakin təkərlər soyuq olduğu üçün maşın az qalsın yerində fırlanırdı və həmin an çox təhlükəli idi. Məhz bu anda Lando məni ötməyə çalışdı, amma xoşbəxtçilikdən heç bir təmas olmadı.
Maraqlıdır, görəsən sabah hava necə olacaq? Bəziləri quru olacağını, bəziləri də yağış yağacağını deyir. Sabahı gözləməliyik və nələr ba. verəcəyini görəcəyik. Yaxşı maşına sahib olduğuma əminəm və yarışı səbirsizliklə gözləyirəm”.