M.Ferstappen: Poul qazacaqdım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki,Lekler qəza etməsə, poul qazanacaqdı.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Monakodakı sıralanma turunda son cəhdində yaxşı zaman nəticəsi ilə gedirdi, lakin Lekler sessiyanın bitməsinə 18 saniyə qalmış qəza edərək, qırmızı bayraqların çıxmasına və sessiyanın bitməsinə səbəb olub.

Maks Ferstappen: “Tünelə girəndə 0.15 saniyə öndə idim və əvvəlki dövrədə 10 və 11-ci döngələrdə 0.1 saniyə itirmişdim. Bilirdim ki, poulu son cəhdimdə qazanacam. Təkərləri yaxşı işlədirdim. Son sektorda belə nəticəmi yaxşılaşdıra bilərdim. Ancaq indi danışmaq yersizdir. Qıemızı bayraq çıxdı və olanlar oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*