M.Ferstappen: “Porebriklər çox təhlükəlidirlər”

Avstriya QP-nin ilk sətbəst yürüşlərində asılqanını qıran Maks Ferstappen yeni probrekləri mənasız və təhlükəli olaraq dəyərləndirib...

F-1.az xatırladır ki, ilk sərbəst yürüşlərdə probreklərə görə hollandiyalı sürücünün bolidi iki dəfə zədə alıb.

Sondan əvvəlki döngənin çıxışında yeni sarı porebriklərin üstündən keçən Ferstappen ön qanadını qırıb. Ferstappen bu hadisədən sonra boksa qayıdıb və sürətli döngədəki sarı porebrikin çox təhlükəli olduğunu deyib. Ferstappen bolidi təmir edildikdən sonra yenidən trasa qayıdıb və sessiyanın bitməsinə 30 dəqiqə qalmış çınqıllı sahəyə çıxaraq sessiyanı vaxtından əvvəl bağlayıb. Təkrara baxanda Ferstappenin 6-cı döngədə sarı porebriklərə çırpılaraq sağ ön asılqanını qırdığı görünüb.

Ferstappen bu hadisədən sonra komandasına bir daha sarı porebriklərin qorxulu olduğunu deyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*