F-1.az xatırladır ki, hollandiyalı sürücü Fransadakı sıralanma turunda 4-cü olub.
Maks Ferstappen: “Ferrari-nin gözdən itəcəyini düşünmürəm. Mercedes isə fərqi artırıb uzaqlaşa bilər. Ferrari ilə üçüncülük mübarizəsi apara bilərik. Son sessiyadakı son cəhdimdə Ferrari-yə yaxın ola bilərdim. Amma bəzi döngələrdə bolid qəribə davrandı. Düzlüklərdə çox vaxt itiririk. Lakin bolidin tam potensialından istifadə edə bilmədik”.