F-1.az xatırladır ki, niderlandlı sürücü cümə günündən etibarən bolidin balansından narazı qalıb və sıralanma turunda sonsessiyaya keçə bilməyib və 11-ci yeri tutub. Beləliklə, çempionatın lideri bu mövsüm ilk dəfə yarışa onluqdan kənarda başlayacaq.
Maks Ferstappen: “Burada poul qazanmağın asan olmayacağını bilirdim, amma belə çətinlik çəkəcəyimizi gözləmirdim. İndiyə kimi çətin həftəsonu keçirdik. və sıralanma turu gözlədiyimdən pis keçdi. Üçüncü sərbəst yürüşlərdə maşında bəzi dəyişiklik etdik və bu dəyişikliklər vəziyyəti düzəltməyimizə kömək etmədi, əksinə işləti çətinləşdirdi. Asfaltla ilişmə heç yox idi. Maşını sürmək çətin idi. Belə olanda isə limitdə sürə bilmirsiniz. Düzgün formada əyləcə basa bilmirdim, çünki əyləcə basanda maşın yerə çırpılırdı. Şəhər tipli trasa bunu etmək istəməzsiniz.
Trasın yavaş hissələrində isə maşın sürüşürdü. Trasda tutuna bilmirdim və idarəetmə çətin idi. Komandaya radioda dediyim kimi bu şokedici təcrübə idi. Sürət yox idi, sürətlənmə yox idi və maşın sürüşürdü. Sürmək çox çətin idi”.
Maks Ferstappen düşünür ki, Red bull bolidi sazlamaqda səhv etdi və artıq bunu düzəltmək mümkün deyil: “qətiliklə deyə bilərəm ki, səhv etdik. Üçüncü sərbəst yürüşlərdən sıralanma turuna qədər sazlanmalarda düzgün addım atmadıq. Əlbəttə, burada bu mövzu barədə açıq danışa bilmərəm, amm səhv qərarlar verdik və indi bunun cəzasını çəkirik. Asfaltla ilişmə və balans yox idi. Əyləcə basanda çətinlik çəkirdim. Belə olan halda hər şey bitir”.
Maks Ferstappen yarışda podium gözləmir: “Böyük ehtimalla çox yüksələ bilməyəcəyik, çünki burada ötmə etmək çox çətindir”.