F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın sonlarında təkərləri yeyilmiş Həmiltona hücumlar etsə də, rəqibini keçə bilməyib və üçüncülüyə razı olub.
Maks Ferstappen: “Strategiyamız işə yaramadı. Ancaq əlimizdən gələni etdik. Rəqiblərimiz bizdən bir az sürətli idi. Yarış ərzində Mercedes-ə yaxın olmağa çalışdım. Tempimiz yaxşı idi. Son dövrələrdə arxa düzlükdəki sarı bayraqlara görə DRS-dən istifadə edə bilmədim. Yoxsa ikinci ola bilərdim. Lakin podiuma çıxmaq əla nəticədir.
Lyuisin altıncı titulu qazanması təsiredicidir. Başqa nə deyim? Gözəl performan göstərir və güclü komandası var. Ümid edirəm ki, gələn il onunla mübarizə apara bilərik”.