M.Ferstappen: Pis gün idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə sərbəst yürüşləri onlar üçün çox pis keçib.

F-1.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşlərdə divara təmas edib və sadəcə 14 dövrə vura bilib. İkinci sessiyada isə işlər lap qarışıb. Maksın maşınında ötürmələr qutusu dəyişilib, amma son Dünya Çempionu maşını ram etməkdə çətinlik çəkib. Üstəlik sağ arxa əyləc də yanmağa başlayıb.

Maks Ferstappen ilk dəfə yarış keçirilən Mayamidə  geribildirimsiz qalıb. 24 yaşlı Çempion cümə gününün ardından belə danışıb: “Bizim üçün pis gün idi. Bu problemlərin yeni bir trasda yaranması məyusedicidir. Bacardığınız qədər sürüb, trası tanımaq istəyirsiniz. Lakin mən sadəcə 4-5 dövrə vura bildim. İstədiyimiz bu deyildi.

Bu gün birdən çox problem yaşadıq. Boliddə hidrovlik problemlər var idi. Maşını sürəndən sükanı idarə etməkdə çətinlik çəkirdim. Əyləclər də yandı. Çox problem yaşadıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*