M.Ferstappen: Pirelli-nin cavabı məlumdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışdan sonra Pirelli ilə danışacaqlar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Azərbaycan yarışında lider gedərkən arxa təkəri partamış və mübarizəni dayandırmışdı.

Maks Ferstappen: “Yarışda baş verənlər əsəblərimi pozdu. Bugünkü yarış mənim üçün asan keçirdi. Tempimə və təkərlərə nəzarət edə bilirdim. Buna görə də arxamdakı bolidlərə uyğunlaşmağa çalışdım və onlar sürətlənəndə mən də sürətləndim. Təkərlərə yüklənmədim. Belə edəndə işlər çətinləşir.

H\r dövrə eyni trayektoriya ilə gedirik, çünki rəqiblər hava kisəsindən istifadə etməyə çalışır. Mənim belə halla üzləşməyim qəribə oldu. Trası təmizlədilər, amma Pirelli deyəcək ki, təkərlər trasdakı qırıntılra görə partlayıb. İmolada da belə oldu. Bu barədə danışmaq istəmirik. Sadəcə mənim təkərim partlamadı. Stroll da eyni problemi yaşadı. Bu, məyusedicidir. Çempionatda lider qaldığımız üçün xoşbəxtik.

Məncə, Mercedes normal traslarda daha güclüdür və buna görə də fərqi açmaq istəyərdim. Görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*