F-1.az xəbər verir ki, hollandiyalı gənc sürücü Belçika Qran Prisi ərəfəsində özünün yeni loqotipini rəsmi twitter səhifəsində təqdim edib. Loqotipin mərkəzində V hərfi var. Hərfin hər iki tərəfinə isə kiçik üçbucaq yerləşdirilib. Bu üçbucaqların köməkliyi ilə loqotipdə həm adının baş hərfi olan M, həm də soyadının baş hərfi olan V hərfləri əks olunub.
Bundan əlavə, bu gündən etibarən Maksın Android və ya İOS-dan istifadə edən fanatları onun yeni mobil tətbiqini yükləyə biləcəklər. Tətbiqdə Maksın hər tras üçün verdiyi qısa açıqlamara, xəbərlərə, statistik məlumatlara və Formula1 təqviminə yer verilib.
#newlogo #newapps #newcaps pic.twitter.com/47LZx3jmIz
— Max Verstappen (@Max33Verstappen) August 25, 2016